Müəllimlərin attestasiyası haqqında layihə birinci oxunuşda qəbul olundu

17 Aprel 2020 17:49 (UTC+04:00)

“Peşə təhsili haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. 

Mövqe.az xəbər verir ki, Qanunun 13-cü maddəsinə (Peşə təhsili fəaliyyətinin lisenziyalaşdırılması və peşə təhsili müəssisəsinin akkreditasiyası) təklif edilən dəyişikliyə əsasən, bələdiyyə və özəl peşə təhsili müəssisəsində təhsilverənlərin attestasiyası keçiriləcək. 

Sənəd müzakirələrdən sonra I oxunuşda qəbul edilib.