Dünyada pandemiya qurbanlarının sayı 150 mini ötdü

17 Aprel 2020 21:47 (UTC+04:00)

Dünyada pandemiya qurbanlarının sayı 150 623 nəfərə çatıb.

Mövqe.az "Worldometer"ə istinadən xəbər verir ki, ən çox ölüm hadisəsi ABŞ (35 500), İtaliya (22 745), İspaniya (19 478), Fransa (17 920) və Böyük Britaniyada (14 576) qeydə alınıb.

Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 2 227 000-i ötüb.

Eyni zamanda bu günədək 563 746 nəfər koronavirusdan sağalıb.