Koronanın ikinci dalğası gəlir – Rus alim açıqladı

19 Aprel 2020 18:00 (UTC+04:00)

Koronavirus pandemiyasının ikinci dalğası olacaq, amma birincidən zəif olmaq ehtimalı var.

Axar.az xəbər verir ki, bunu rusiyalı immunoloq Sergey Nedospasov deyib.

Onun sözlərinə görə, koronavirusun ikinci dalğası vaksinin yoxluğu səbəbindən gələcək.

“Əgər profilaktiki vaksinlər yoxdursa, onda ikinci dalğa mümkündür. Amma o, daha kiçik miqyasda olacaq”, - immunoloq bildirib.