Moskvada koronavirusa yoluxanların əksəriyyəti cavanlardır

19 Aprel 2020 19:07 (UTC+04:00)

Moskvada koronavirusa yoluxanların 85 faizi yaşı 65-dən az olanlardır, 5 faizi isə uşaqlardır.

Mövqe.az xəbər verir ki, bu barədə Rusiya Operativ Qərargahı məlumat yayıb.

“Yeni yoluxanların 44 faizi 18-45 yaş arası, 35 faizi 46-65, 16 faizi 65-dən yuxarı, 5.5 faizi 80-dən yuxarı insanlardır”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, son sutkada Moskvada 3570 yoluxma hadisəsi baş verib. Ümumilikdə Moskvada koronavirusa yoluxanların sayı 24324 nəfər təşkil edir.