Xalq şəhzadəni tənqid etdi

11 İyul 2013 15:55 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Norveçin vəliəhd Şahzadəsi Haakonun yoldaşı Şahzadə Mette Maritin bahalı paltarları problem yaradıb. Şahzadənin, Sevgililər Günündə aldığı paltarın 100 min kron olduğunun ortaya çıxmasından sonra hədəf Kral Sarayına çevrilib. Norveç mətbuatında, kral ailəsinin, xərclərinin demokratik bir cəmiyyətdə şəffaf olması və xalqa hesab verilməsi lazım olduğu fikri müdafiə olunub. Tənqidlər artıqca Norveç sarayı, vəliəhd Şahzadə və yoldaşının illik rəsmi xərclərinin 2.5 milyon kron , xüsusi xərclərinin isə 8.05 milyon kron olduğunu açıqlanıb. Şahzadə Haakonun da xəbərdar etdiyi şəhzadənin əhvalının pozulduğu və "ağladığı" gələn xəbərlər arasındadır. Şahzadə Mette Marit, "xalqın mənim hansı ayaqqabı və ya paltarı geyinəcəyimə qarışması narahatlıq vericidir" deyib.