Seyfulla Əzimov parlamentdə ilk dəfə hesabat verəcək

20 Aprel 2020 10:40 (UTC+04:00)

Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun Milli Məclisdə illik hesabat verəcəyi vaxt müəyyənləşib.

Mövqe.az-ın xəbərinə görə, Milli Koordinatorun mayın 8-də Milli Məclisə illik hesabat təqdim etməsi gözlənilir.

Hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edəcək.