Gömrükçülər daha 145 aztəminatlı ailəyə yardım ediblər

20 Aprel 2020 12:40 (UTC+04:00)

Dövlət Gömrük Komitəsi tərəfindən koronavirus (Covid-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan xüsusi karantin rejimi dövründə aztəminatlı ailələrə dəstək tədbirləri davam etdirilir. Mövqe.az-ın xəbərinə görə, DGK Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 145 aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.