Sarsılmaz xalq-lider birliyi

21 Aprel 2020 08:45 (UTC+04:00)

 

Tarixin müdriklik səlnaməsində özünəməxsus yeri və rolu olan xalqımızın ali düşüncə tərzi ilə yaratdığı hikmətli söz xəzinəsinin gözəl nümunələri var. Deyir, bir nəfərin necə insan olmasını bilmək istəyirsənsə,  onu vəzifəyə qoy, xarakterinin bütün cəhətlərini biruzə verəcək. Çünki vəzifə sahibi təkcə öz həyatı üçün deyil, istəsə də, istəməsə də bütöv bir xalqı təşkil edən insanların taleyinə cavabdehlik daşıyır. Bu cavabdehlik çərçivəsində vəzifə sahibinin gördüyü işlər onun insani xatakterinin ən dəqiq təcəssümü hesab edilir. Bu mənada dünyanı ağzına almış pandemiya bəlasının gətirdiyi çətin sınaq dövrü Azərbaycan rəhbərliyinin fəaliyyəti barədə təsəvvürləri daha da dolğunlaşdırıb.

Şübhəsiz ki, dövlətimizin bir nömrəli şəxsinin, xalqımızın lideri, Prezident İlham Əliyevin gördüyü işlər, pandemiyanın aradan qaldırılması üçün görülən tədbirlərin təşkilindəki səmərəli və hədəfi düzgün qiymətlərndirən fəaliyyəti bu gərgin dövrdə diqqəti daha çox cəlb edir. Ona görə ki, bu sınaq gözlənilən adi çətinliklərdən deyil. Əhalinin başı üstünü qəfil aldığından ekstremal vəziyyət yaranıb və verilən qərarların  optimallığı və kəsərliliyi çətinliklərin öhdəsindən gəlmək üçün mühüm əhəmiyyətə malikdir.

Bu dövr Azərbaycan dövlətçiliyinin ən çox diqqəti cəlb edən xüsusiyyəti hazırkı vəziyyətə neçə illər əvvəldən görülən hazırlıqdır. Məhz bunun sayəsində pandemiyanın fəsadlarını ciddi şəkildə azaltmaq mümkün olub. Və dövlət strukturunun ekstremal vəziyyətə hazır olması yalnız və yalnız Prezident İlham Əliyevin birbaşa vəzifə səlahiyyətlərindən yüksək səmərəli şəkildə istifadə etməsi, ölkənin daxili və xarici siyasət strategiyasını hazırlayarkən göstərdiyi uzaqgörənlik, inkişafımızın Yol Xəritəsini layihələşdirərkən dəqiq istiqamətlərin müəyyənləşdirməsidir. Ən yeni tariximizin son 16 illik dövrünə nəzər salanda respublikamızın inkişaf dinamikasının necə böyük sürətlə irəlilədiyinin şahidi oluruq. İqtisadi strategiyasnın ən böyük önəmi qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu uzaqgörənlik simptomu son illər Azərbaycanın iqtisadi yüksəlişinə böyük töhfələr verib və ölkəmizin gələcəyi bu tendensiyaya bağlıdır.  Çünki pandemiya tipli bəlaların aradan qaldırılmasın ölkəınin iqtisadi resurslarının olması ilkin şərtdir. Bu resursun yaradılması isə birbaşa dövlət başçısının adına bağlıdır.

İndi Azərbaycanın rəhbərlik tandemi-Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın əlbir fəaliyyətinin möhtəşəm nəticəsidir ki, pandemiya ölkəmizdə geniş əl-qol aça bilməyib. İşlər çox böyük operativliklə görülür. Vaxtında tədbirlər planı hazırlanıb, müvafiq struklturlara lazımı tapşırıqlar konkret və ardıcıl olaraq verilib. Karantin rejimi lazım olan anda, lazımı səviyyədə tətbiq edilib. Ölkə rəhbərliyinin xalqa müraciəti də fəaliyyət planının əsas tərkib hissəsi idi. Belə ki, İlham Əliyevin xalqın arzularını həyata keçirən prezidentlik missiyası, Mehriban Əliyevanın insanlarımızın qəlbini fəth edən səmimi ünsiyyət və fəaliyyət formulu Azərbaycan əhalisinin mütəşəkkilliyinə, qoyulan qaydalara doğru-düzgün əməl etmələrinə böyük təsir göstərib.

Ötən illərə nəzər salsaq görərik ki, zəlzələdən, qəfil yanğınlardan, daşqınlardan, iqtisadi-siyasi böhranlardan yaranan çətinliklər məhz Prezident İlham Əliyevin qəti və şəfqətli qərarları sayəsində  dəf olunub. Xalq bu işləri görüb, qiymətləndirib və özünün rəhbəri kimi onu seçib. Və seçimində yanılmayıb. Bunu hamı görür. Təsadüfi deyil ki, sınaq günlərimizin məlhəmi vətəndaşlarımızın Prezidentə və Birinci vitse-prezidentə göndərdikləri məktublardır. Xalqın rəhbərlərə bəslədiyi inam və etimadın bu məktublarda ifadə olunan hüdudları hədsizdir. Axı,

Prezident yalnız sözdə deyil, işdə həmişə insanların yanındadır.

Azərbaycanın dövlət başçısı həmişə artıq dilimizin zərb-məsəlinə çevrilmiş "dövlət xalqın xidmətçisidir, bir nömrəli xidmətçi mən özüməm" aforizmi bu günlərdə bir daha özünü təsdiqləyib. Xalqın sağlamlığını qorumaq üçün  dövlətimizin sosial mahiyyətinin məhək daşı olması aydın ifadə olunur. Mətbuatda pandemiyaya qarşı mübarizədə qazanılan uğurlara görə dövlkət başçısına edilən təşəkkürlərin əsasını bu fikirlər təşkil edir: Prezidentin yaşadığımız bu çətin günlərdə Azərbaycan vətəndaşlarına göstərdiyi dəstək; dövlət başçısına COVID-19-la mübarizə istiqamətdə fəaliyyətinə görə təşəkkürlər; İlham Əliyevin gördüyü işlərin səmərə verməsi; apteklərdə, ticarət obyektlərində süni qiymət artımına yol verilməməsi, ortaya çıxan hər bir çətinliyin vaxtında aradan qaldırılması; regionlarda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi; prezidentə inamın ifadə edilməsi; dövlət başçısının koronavirusa qarşı Azərbaycan vətəndaşlarını səfərbər edə bilməsi; vətəndaşların Prezidenti bundan sonra da dəstəkləyəcəkləri; prezidentin imzaladığı proqramlarının, fərman və sərəncamların icrasının insanların rifahının yaxşılaşdırılmmasına, işsizliyin aradan qaldırılmasına xidmət etməsi; İlham Əliyevin nümunəvi vətənsevərliyi; dövlət başçısının tibb işçilərinin qayğısına qalması və onların əməyini qiymətləndirməsi; prezidentin pandemiyaya qarşı mübarizədə tədbirli davranması; əhalinin zərərçəkən və aztəminatlı təbəqəsi üçün nəzərdə tutulan güzəştlərdən razılıq; prezidentin tapşırıqlarının hazırkı çətin günlərdə də yarana biləcək narahatlıqları aradan qaldırcağına əminlik; koronavirusa qarşı mübarizəyə, Azərbaycan xalqının problemlərinə həssas yanaşılması, onun həll edilməsi; dünya dövlətlərinin başçılarının etdiklərinin daha mükəmməlini gerçəkləşdirməsi; koronavirusa qarşı mübarizədə Prezidentlə həmrəyliyin nümayiş etdirilməsi; "Evdə qal" şəraitində yaşayan imkansızlara yardımların olunması; dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşansa da, Azərbaycanda qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyətin nəzarət altında saxlanılması.

Bu rəylərin arxasında koronavirusun yarandığı ilk vaxtlardan təxirəsalınmaz tədbirlərin dərhal görülməsidir. Belə ki, bir çox dövlətlər xeyli sonradan işə başladıqlarına görə virusun yayılmasını önləyə bilmədilər. Azərbaycan rəhbərliyinin cəld tərpənməsinin əsas səbəbi xalqın sağlamlığının qorunmasıdır. Görünür, operativlikdə Birinci vitse-prezidentin ixtisasca həkim olması da həlledici rol oynayıb. Yəni, ölkəmizin rəhbərliyi baş verə biləcək fəlakəıtin konturlarını əvvəlcədən müəyyənləşdirməyi bacarıblar.

N.NOVRUZ