Koronavirus bədənimizdə herpes kimi əbədi qala bilər

21 Aprel 2020 08:53 (UTC+04:00)
Yeni koronavirus hələ ki, insan bədənində uzun müddət qalmaq və əbədi yaşamağın yollarını axtarır. Əgər o bir zamanlar herpeslə olduğu kimi, bədəndə əbədi qalmağı bacarsa, bizim sonumuz yaxşı olmayacaq. Mövqe.az xəbər verir ki, bu sözləri rusiyalı patoloqanotom Aleksandr Ediqer bildirib. Onun sözlərinə görə, koronavirus herpes kimi davranaraq, orqanizmdə əbədi yer tutmaq yolunu tutub və bu qeyri-steril immunitetə səbəb olacaq. "Biz bundan ehtiyat edirik. Hazırda insan simbiozu və koronavirus modeli kütləviləşib. Həddən artıq çox insanın orqanizmində virus depo şəklində qalır, öldürücü rolda olmur. İnsan isə bu virusla simbioz rejimdə qarşılıqlı var olur və bu da onun immun cavabını zəiflədir. Allah göstərməsin, koronavirusda herpes modeli olsa və bu kütləvi tirajlansa, insanlıq üçün heç də yaxşı gələcək görünmür ". Patoloqanotom bildirib ki, koronavirus təkcə ağciyərlərdə deyil, damar, beyin, həzm sistemində də ciddi dəyişikliklər yaradır.