Koronavirusun peyvəndi tapılıb?

21 Aprel 2020 10:30 (UTC+04:00)
"Koronavirusu simptomsuz keçirən xəstələr virusu yaymaqla peyvənd rolunu oynayır". Mövqe.az xəbər verir ki, akademik, virusoloq Feliks Yerşov deyib. "Bu cür insanlar virusu yaymaqla peyvəndin etməli olduğunu edirlər. Kollektiv immunlaşma gedir. Bu göstərici 70 faizə çatanda xəstəliyin artımı başa çatacaq"- F.Yerşov bildirib. Akademik qeyd edib ki, bu cür pasiyentləri simptomsuz xəstə deyil, sağlam infeksiya daşıyıcısı hesab edir: "Onlar olduqca çoxdur. Rusiyada belələri 50 faiz təşkil edir. Əsasən, gənclər və uşaqlardır".