David Silva "Valensiya"ya keçə bilər

21 Aprel 2020 09:22 (UTC+04:00)
"Mançester Siti" klubunun yarımmüdafiəçisi David Silva yayda İspaniyanın "Valensiya" klubuna keçə bilər. Mövqe.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, "Valensiya" "Mançester Siti" ilə müqaviləsinin müddəti iyunun 30-u bitəcək 34 yaşlı ispaniyalını transfer etmək istəyən əsas klubdur. Beləliklə, D.Silva İspaniya klubuna azad agent kimi keçə biləcək. Qeyd edək ki, İngiltərə klubu D.Silvanı 2010-cu ildə "Valensiya"dan 28,75 milyon avroya tranfer edib.