ÜST-ün baş direktoru: Koronavirusa qarşı əsas mübarizə hələ qarşıdadır

21 Aprel 2020 09:36 (UTC+04:00)
Bəşəriyyəti koronavirusla bağlı çətin sınaqlar gözləyir. Mövqe.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə jurnalistlərə deyib. A.Qebreyesus deyib: "İnanın, ən çətini - irəlidədir. Lakin biz bu faciənin qarşısını ala bilərik. Çoxları sadəcə bu virusun nə olduğunu başa düşmürlər". ÜST-ün baş direktoru bildirib ki, COVID-19 bir tərəfdən çox yoluxucudur, digər tərəfdən isə əhalinin bəzi qrupları üçün ciddi təhlükə yaradır".