“Bu şəhərdə”nin Rafaeli aktyorları tənqid etdi: “Sıxıcıdırlar”

21 Aprel 2020 15:39 (UTC+04:00)

Mövqe.az oxu.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Rafael İsgəndərov Bəhram Bağırzadənin "Instagram" hesabında açdığı canlı efirdə qonaq olan zaman deyib.

Karantin günlərini idmanla keçirən Rafael teatr aktyorlarının oyununun zəif və sıxıcı olduğunu bildirib:

"Dövlət teatrlarımızın birində tamaşaya baxmağa getdim. İnanın ki, birinci hissəni izləyəndən sonra sıxılıb, oranı tərk etdim. Heç bəyənmədim".

Əməkdar artist "Bu şəhərdə"nin gələcək planlarından da danışıb:

"Bu il "Bu şəhərdə"nin iyirmi illiyi olacaq. Bununla bağlı böyük planlarımız var. Tək ikimiz deyil, bir neçə aktyorlarla bərabər tamaşa hazırlamaq istəyirik".