Rusiyada federasiya prezidenti koronavirusa yoluxdu

21 Aprel 2020 16:50 (UTC+04:00)
Rusiyanın Sinxron Üzgüçülük, Suya Tullanma və Su Polosu Federasiyasının prezidenti Aleksey Vlasenko koronavirusa yoluxub. "Report" xəbər verir ki, bu barədə qurumun rəhbərinin özü TASS-a açıqlamasında bildirib. O, hazırda xəstəxanada olduğunu söyləyib: "Bir həftədir ki, buradayam.Tezliklə məni xəstəxanadan buraxmalıdırlar".