Məşhur cütlükdən xoş xəbər

21 Aprel 2020 18:37 (UTC+04:00)
Mert Fırat və İdil Fırat övlad sahibi olacaqları barədə məlumatı izləyiciləri ilə bölüşüb. Mövqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük həyəcanlı olduğunu bildirib: "Könül istər ki, daha sağlam və daha rahat günlərdə sevdiklərimizə sarılaraq bu müjdəli xəbəri verək. Lakin karantin gününə qismət oldu. Övlad sahibi olmağa hazırlaşırıq. Olduqca həyəcanlı və sevincliyik. Qəlbindən yaxşılıq keçən, gözəlliklə bəslənən, həyəcanımızı paylaşan, gözəl diləklərini çatdıran hər kəsə çox təşəkkür edir və qucaq dolusu sevgilər göndəririk. Biz bu sevinci yaşayarkən pisliyi özünə məzhəb seçən insanlar tərəfindən edilən əsassız ittihamlara qarşı məhkəmə yolu ilə mübarizə aparacağımızı bildirmək istəyirik".