Polşa çempionatı bu tarixdə bərpa olunacaq - RƏSMİ

21 Aprel 2020 20:32 (UTC+04:00)
Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan futbol üzrə Polşa çempionatının bərpa tarixi açıqlanıb. "Report" xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının rəsmi saytı məlumat yayıb. Bildirilib ki, milli çempionat mayın 30-da qaldığı yerdən start götürəcək. Liqanın iyunun sonunda başa çatdırılacağı gözlənilir. Bu müddət ərzində ikinci dövrənin digər matçlarının və pley-off qarşılaşmalarının keçiriləcəyi qeyd olunub. II liqanın isə iyunun 6-da bərpa olunacağı vurğulanıb. Mayın 27-də Polşa kubokunun təxirə salınmış görüşləri oynanılacaq. Bundan sonra isə yarımfinal mərhələsinin püşkü atılacaq. Qeyd edək ki, Polşa çempionatının oyunları martın 13-də dayandırılıb.