Real Madrid-in ev oyunları üçün yeni stadion

21 Aprel 2020 22:37 (UTC+04:00)
Real Madrid ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunda yenidənqurma işlərinə start verib. Goal.az xəbər verir ki, məhz bu səbəbdən Madrid təmsilçisi koronavirus səbəbiylə dayandırırılan La Liqada mövsüm bərpa olunsa, ev oyunlarını "Alfredo Di Stefano" stadionunda keçirməyi planlaşdırır. Madrid təmsilçisi mövsümün qalan matçlarının azarkeşsiz keçirilməsinə qərar veriləcəyi təqdirdə rəqiblərini əvəzedici komandaya məxsus və 6 minlik azarkeş tutumu olan "Alfredo di Stefano" arenasında qəbul etmək niyyətindədi. Artıq "kral klubu" bununla bağlı İspaniya Futbol Federasiyasına müraciət edib. Federasiyanın klubun müraciətinə müsbət cavab verdiyi bildirilir. Qeyd edək ki, "kral klubu"nun B komandası olan Castilla da ev oyunlarını bu stadionda keçirir. 27 turdan sonra 56 xal toplayan Real-ın yerdə qalan 11 oyunundan 6-sı evdə baş tutacaq.