Azərbaycanda yeni su anbarları tikilə bilər

22 Aprel 2020 09:20 (UTC+04:00)

Azərbaycanın Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarından axan çaylarının üzərində 17 su anbarı tikilə bilər.

Mövqe.az xəbər verir ki, bu barədə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə məlumat verib.

"Anbarların tikilməsi ölkənin maliyyə imkanlarından asılıdır", - deyə o, qeyd edib.