Ədəbiyyat İnstitutunda struktur dəyişiklikləri aparılıb

11 İyul 2013 19:14 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda bəzi struktur dəyişiklikləri aparılıb.


Mövqe.az AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ədəbiyyat İnstitutunun Elmi Şurasının bu gün keçirilən növbəti iclasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli idarəetmənin təkmilləşdirilməsi, müasir texnologiyalardan istifadə imkanlarının, o cümlədən beynəlxalq əlaqələrin genişləndirilməsi, xaricdə doktorantura təhsili, elmi tədqiqat institutunun, beynəlxalq miqyasda müəyyən olunmuş qaydalar və ölkə reallıqları nəzərə alınmaqla, reytinqin müəyyən olunması istiqamətində aparılan islahatların əhəmiyyətindən danışıb.

İnstitutda "Azərbaycan mühacirət ədəbiyyatı" şöbəsinin yaradılmasına dair qərar qəbul olunub. Yeni şöbə xarici ölkələrdəki Azərbaycan mühacir yazıçılarının ədəbi irsinin toplanılması, tədqiqi və nəşri məsələləri ilə məşğul olacaq.

Elmi Şurada institutda struktur islahatları məsələsi də müzakirə edilib. Şuranın rəyinə əsasən, "Müasir Azərbaycan ədəbiyyatı" şöbəsinin bundan sonra "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı və müasir ədəbi proses" şöbəsi adlandırılması məqsədəuyğun hesab edilib.

İclasda elmi-tədqiqat müəssisəsindəki müvafiq şöbələrin nəzdində "Nizamişünaslıq" və "Füzulişünaslıq" sektorlarının təşkili, mövcud "Elmi informasiya" şöbəsinin "Beynəlxalq münasibətlər və elmi informasiya" şöbəsi adlandırılması məsələsi də müzakirə olunu