İran XİN rəhbəri Türkiyənin rəsmi şəxsləri ilə görüşəcək

12 İyul 2013 11:13 (UTC+04:00)

İranın xarici işlər naziri Əli Əkbər Salehi bu gün Türkiyəyə rəsmi səfər edəcək. Bu barədə Trend Türkiyə XİN-in rəsmi saytına istinadən məlumat verib.


Bir günlük səfər zamanı Salehi Türkiyənin rəsmi şəxsləri ilə görüş keçirəcək.

Görüşdə ölkələr arasında ikitərəfli əlaqələr, əməkdaşlıq məsələləri, regional problemlər müzakirə olunacaq.