Milli Məclisdə yeni şöbə yaradıldı

23 Aprel 2020 12:03 (UTC+04:00)

Milli Məclisdə struktur islahatları davam edir.

Mövqe.az-ın Milli Məclisin saytına istinadən məlumatına görə, Milli Məclis Aparatının İşlər müdiri xidmətinin Tikinti-təmir şöbəsi yaradılıb.

Şöbənin müdiri vəzifəsinə Elçin Vaqif oğlu Məmmədov, şöbənin müdir müavini vəzifəsinə isə Tofiq Hüseyn oğlu Məmmədov təyin olunub.