Bakıda 15 yaşlı qız intihar edib

12 İyul 2013 11:30 (UTC+04:00)

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsindən Mövqe.az-a verilən məlumata görə, hadisə rayonun Fəqan Dadaşov küçəsi, 86 ünvanında qeydə alınıb.

 

Həmin ünvanda yaşayan, 1998-ci il təvəllüdlü Fatimə Zahir qızı Musayeva yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.