Son günlər yalnız xəstələrlə təmasda olan insanlar arasında koronavirusa yoluxma aşkarlanır

23 Aprel 2020 13:12 (UTC+04:00)

Azərbaycanda son günlər ərzində yalnız xəstələrlə təmasda olan insanlar arasında koronavirusa yoluxma halı aşkarlanır.

Mövqe.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, son günlər ərzində ölkədə koronavirusa yoluxma halları azalır.

 

A.Əliyeva mayın 4-dək xüsusi karantin rejiminin olduğunu xatırladaraq qaydalara əməl edilməsini olduqca vacib sayıb:

“Əsas məsələ odur ki, insanlar tibbi maskalardan istifadə etsinlər. İnsanlarla çox təmasda olmamağa çalışsınlar”.