75 yaşlı qadın karantindən bu cür qaçmağa çalışdı- FOTO

23 Aprel 2020 18:34 (UTC+04:00)

Türkiyənin Adıyaman ərazisində koronavirus səbəbiylə evdə qalmaqdan bezən 75 yaşlı Zahide Karakurt adlı yaşlı bir qadın divara dırmaşaraq küçəyə çıxmağa çalışıb.

Mövqe.az Haberler.com-a istinadən xəbər verir ki,  ətrafdakı qonşuların heyrətinə səbəb olan 75 yaşlı qadının bu hərəkəti, insanların həm qorxulu, həm də maraqlı anlar yaşamasına səbəb olub.

Ailəsinin xəbəri olduqdan sonra divardan endirilərək, evə gətirilən yaşlı qadın,”evdə darıxmaqdan dəli olacam. Özümü də yerə atdım” deyərək karantindən bu cür qaçdığını ifadə edib.