Sürücü qayda pozaraq iki avtomobili qəzaya saldı - VİDEO

23 Aprel 2020 21:16 (UTC+04:00)

Bakıda qaydaları pozan sürücü digər iki sürücünün qəzaya düşməsinə səbəb olub.

Mövqe.az avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtda çoxzolaqlı yolların birində sağ zolaqdan çəpəki şəkildə sol zolağa manevr etmək istəyən "Hyundai" markalı avtomobilin sürücüsü yoldakı bütün sürücülərə təhlükə yaradıb. Arxadan gələn "Nissan" markalı avtomobilin sürücüsü təhlükəni görərək sağ zolağa manevr edir. Bu zaman sağ zolaqla hərəkət edən "Kia" markalı avtomobil yaranan təhlükədən qaçmaq üçün manevr etmək istəyərkən, idarəetməni itirərək "Nissan" markalı avtomobillə toqquşur.