Bakıda avtobus "Mercedes"lə toqquşdu - Ölən var

24 Aprel 2020 10:40 (UTC+04:00)

Bakıda avtobusla minik avtomobili toqquşub.

Mövqe.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Paytaxt sakini, 1964-cü il təvəllüdlü Aydın Məmmədovun idarə etdiyi "Daevo" markalı avtobus hərəkətdə olarkən qarşı hərəkət zolağından gələn, 1966-cı il təvəllüdlü Nicat Həsənovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Hadissə nəticəsində N.Həsənov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.