Lənkəran sakini həmkəndlisinin boğazını kəsdi

24 Aprel 2020 11:39 (UTC+04:00)

Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, rayonun Şağlaser kənd sakini Hacıağa Əbilov münaqişə zəminində həmkəndlisi, 1984-cü il təvəllüdlü Vüqar Ağayevi kürəyindən bıçaqlayıb və boğazını kəsib.

V.Ağayev xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Hadisəni törətməkdə şübhəli bilinən H.Əbilov saxlanılıb.

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.