Bakıda 80 yaşlı qadın evində öldü

24 Aprel 2020 11:45 (UTC+04:00)

Bakıda 80 yaşlı qadın evində ölü tapılıb.

Trend-in məlumatına görə, hadisə Yasamal rayonu, Yeni Yasamal 2, ev 1, mənzil 50-də qeydə alınıb.

Həmin ünvanda yaşayan Rusiya vətəndaşı, 1940-cı il təvəllüdlü Kafi Abdulcabarova mənzilində ölüb.

Araşdırmalar zamanı onun onkoloji xəstəlikdən öldüyü məlum olub.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.