Sosial Tədqiqatlar Mərkəzinin ilkin nizamnamə fondu artırıldı - FƏRMAN

24 Aprel 2020 15:53 (UTC+04:00)

Prezident İlham Əliyev “Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Mövqe.az-ın məlumatına görə, sənədə əsasən, Sosial Tədqiqatlar Mərkəzinin ilkin nizamnamə fondu 100 000 (bir yüz min) manatdan 1 280 338 (bir milyon iki yüz səksən min üç yüz otuz səkkiz) min manata qaldırılıb.