Gələn həftədən “ASAN Xidmət” yeni formada fəaliyyətə başlayacaq

24 Aprel 2020 16:16 (UTC+04:00)

Aprelin 27-si saat 00:00-dan etibarən “ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.

Mövqe.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.