Mədəniyyət və Turizm Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

12 İyul 2013 13:29 (UTC+04:00)

Yay mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır.


Mövqe.az-ın məlumatına görə, bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi əhalinin nəzərinə çatdırır ki, turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətə nazirlik tərəfindən turizm fəaliyyətinə verilmiş lisenziyanın olub-olmaması, turist vauçerini və "Turizm haqında" qanununun tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.