Koronavirusa yoluxan qadın uşaq dünyaya gətirib

24 Aprel 2020 20:45 (UTC+04:00)

Litvanın paytaxtı Vilnüsun "Santaros" klinikasında koronavirusa yoluxan qadın uşaq dünyaya gətirib.

Mövqe.az AZƏRTAC-a istinadən bildirir ki, Litva Səhiyyə naziri Aureliyus Veriqa ana və uşağın özlərini yaxşı hiss etdiyini söyləyib. Nazirin sözlərinə görə, qadında COVID-19 virusu aşkarlandıqdan sonra xəstəxanada bütün təhlükəsizlik tədbirləri görülüb, hazırda ana və körpəyə ayrıca qulluq edilir.