“Sosial şəbəkələr bağlansa, məşhurların heç kim olduğunu anlayacağıq”

24 Aprel 2020 20:10 (UTC+04:00)

Mövqe.az axşam.az-a istinadən bildirir ki, bu sözləri "MTV"yə müsahibəsində rejissor Kənan M.M. seriallardakı çatışmazlıqlar haqda danışarkən deyib.

O, ekran işlərinə eyni simaların çəkilməsindən danışıb:

"Əgər hər dəfəsində fərqli görünə bilirsə, bu, təkrar deyil. Ümumiyyətlə, pis aktyor, aktrisa anlayışı yoxdur. Pis rejissor var".

Uzun müddətdir klip çəkməyən Kənan sənət adamlarından söz açıb:

"Balaca vaxtı klip çəkirdim. O, bizim üçün bir tramplin idi, atladıq. Sənət İnstaqram-dan ibarət olduğu üçün o şeylərə artıq ehtiyac qalmayıb. Bir gün Azərbaycanda İnstaqram və "YouTube" bağlansa, biz o zaman çox məşhurların heç kim olduğunu anlayacağıq".