Ermənistanda koronavirusa yoluxanların sayı 1 677 nəfərə çatıb

25 Aprel 2020 11:30 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 1 677 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 81 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, sutka ərzində 1 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 28 nəfər koronavirusun qurbanı olub, 846 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.