Çində qədim yazılar aşkar olundu

12 İyul 2013 14:14 (UTC+04:00)

5 min illik məişət əşyalarının üzərindəki yazıları oxumaq mümkün olmayıb.

Çində tapılan və 5 min il əvvələ aid olduğu güman edilən 200-dək məişət əşyasının və daşların üzərindəki yazıları oxumaq alimlərə mümkün olmayıb.

Alimlər Çinin Şanxay vilayətinin cənubundakı Lianqzu şəhərində aparılan qazıntı işləri zamanı tapılan keramika, daş, fil dişi və heyvan sümükləri üzərindəki yazıların bilinən heç bir yazı sisteminə bənzəmədiyini müəyyənləşdiriblər.

Oymaların yazı sisteminə aid olduğu yaxud sözlərin "xəbərçi"si olan simvollardan ibarət olduğunu aydınlaşdıra bilməyən alimlər "məsələnin həlli" tapılacağı təqdirdə qədim Çin dili və mədəniyyəti haqda daha geniş məlumat sahibi olacaqlarını bildiriblər.Arxeoloji tədqiqata rəhbərlik edən Ksu Ksinmin daşdan düzəldilmiş baltanın üzərindəki 6 sözün qısa cümlə əmələ gətirdiyini güman etdiklərini deyib.