Qubada qətl hadisəsi baş verib

12 İyul 2013 14:32 (UTC+04:00)

Ötən gün axşam saatlarında Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, Quba rayonu, Qəçrəş kənd sakini, 1967-ci il təvəllüdlü Cavid Hacıyev bıçaq xəsarəti ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. O, əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onu bıçaqlayan həmkəndlisi saxlanılıb. Hadisə baş verərkən hər iki şəxs sərxoş olub.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.