Milan-ın futbolçusundan təqdirəlayiq addım

25 Aprel 2020 23:00 (UTC+04:00)
Milan-ın futbolçusu Rafael Leao koronavirusla mübarizəyə dəstək olub.

Goal.az xəbər verir ki, portuqaliyalı hücumçu doğulduğu Almada şəhərində xəstəxanaların birinə 24 min tibbi maska bağışlayıb.

20 yaşlı futbolçunun hazırda Portuqaliyada olduğu bildirilir.