Bərdədə yol qəzası oldu, ölən və yaralananlar var

26 Aprel 2020 16:15 (UTC+04:00)

Bərdə rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Göbər kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənddə “VAZ-2107” markalı avtomobili ilə "Nissan" markalı minik maşını toqquşub. Nəticədə "Nissan"ın sürücüsü ölüb. Hadisə zamanı həmçinin “VAZ-2107”in sürücüsü və sərnişini ağır xəsarət alıb. 

Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.