"Koronavirus parti"sinə polis müdaxilə etdi - VİDEO

26 Aprel 2020 17:20 (UTC+04:00)

Moskvada maraqlı hadisə yaşanıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, şəhərin cənubunda yerləşən Butovo adlanan ərazidə DJ Oleq adlı musiqiçi küçədə insanlara "koronavirus partisi" verib.

Onlarla insanın toplaşdığı şənlikdə çıxan yüksək səs səbəbindən əraziyə polis gəlib.

Konserti izləyən insanlara xəbərdarlıq olunub. Onlar polislə danışaraq cərimələnməkdən xilas olunublar və evlərinə gediblər.

Qeyd edək ki, Rusiyada 80 949 nəfər koronaviursa yoluxub, onlardan 747-si bu səbəbdən dünyasını dəyişib.