ASAN könüllüləri polislərə təşəkkür etdi

26 Aprel 2020 18:30 (UTC+04:00)

“ASAN Könüllüləri" Təşkilatı "Azərsun Holdinq"in xüsusi karantin rejimi dövründəki sosial təşəbbüsünə dəstək göstərib.

Mövqe.az xəbər verir ki, 4 gün müddətini əhatə edən layihə çərçivəsində Bakı şəhəri ərazisində 2 növbə üzrə 160 stasionar postda xidmət aparan polis əməkdaşlarına ASAN könüllüləri tərəfindən "Azərsun" məhsulları və çay termosları hədiyyə olunub.

#VAROLUN sosial çağırışı ilə həyata keçirilən layihənin məqsədi xüsusi karantin rejimi dövründə fasiləsiz xidmət göstərən polislərə vətəndaşların təşəkkür mesajının çatdırılması olub.

Daxili İşlər Nazirliyi də öz növbəsində layihənin təşəbbüskarlarına təşəkkür edərək, bu dəstəyin onların fasiləsiz xidmətə cəlb olunan bütün əməkdaşlarında güc, həvəs yaratdığını və onların vəzifələrinin layiqincə həyata keçirilməsində ruhlandırdığını qeyd edib.