İlham Quliyev “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi -SƏRƏNCAM

27 Aprel 2020 14:11 (UTC+04:00)

Prezident İlham Əliyev İ.Quliyevin “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Mövqe.az-ın məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə İlham Ərdəbil oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilir.