AQTA sahibkarlar üçün onlayn videotəlimlərə start verdi

27 Aprel 2020 14:19 (UTC+04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarları maarifləndirmək üçün onlayn təlimlərə başlayır.

AQTA-dan Mövqe.az-a verilən məlumata görə, aprelin 28-də, saat 16-00-da keçiriləcək videotəlimdə fındıq ixracı ilə bağlı müzakirələr aparılacaq, bu mövzuda sahibkarları maraqlandıran suallar cavablandırılacaq.

Təlimdə iştirak etmək istəyən sahibkarlar

(012) 377-00-77 (203-222)

(051) 990-50-23 nömrələrinə zəng etməklə əlaqə saxlaya bilərlər.