Çilov adasında yeni seysmik stansiyalar quraşdırılıb

12 İyul 2013 16:17 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi Çilov adasında yeni stansiyalar quraşdırıb.


Mərkəz-dən Mövqe.az-a verilən məlumata görə, ölkə ərazisində apırılan kompleks seysmoloji, geofiziki və geodinamik işləri genişləndirmək məqsədilə Çilov adasındakı seysmik stansiyaların ərazisində GPS, tiltimetr və akselerometr cihazları quraşdırılıb.

Burada alınacaq məlumatların Abşeron yarımadasında Qala, Nardaran və Qobu seysmik stansiyalarında quraşdırılmış eyni tipli cihazlardan alınan məlumatlarla birgə analizi Abşeron yarımadası və Xəzər akvatoriyasında gedən geodinamik (horizontal hərəkətlər və deformasiya) proseslərin tədqiqinə geniş imkanlar açacaq.

İndiyə qədər Mərkəz tərəfindən ölkə ərazisində çoxsaylı GPS, tiltimetr və akselerometr cihazları quraşdırılıb.