Xalq çalğı alətləriən xor baxan müğənnilər

12 İyul 2013 16:25 (UTC+04:00)
Bəsti Sevdiyeva: "Başqa janrda ifa edənlər daha bu alətlərə müraciət etmirlər"

Müasir dövrdə müğənnilərin daha az musiqi alətindən istifadə etməklə mahnılar ifa etməsi az qala adi hala çevrilib. Texnoloji inkişafın musiqi alətlərindən də yan keçməməsi artıq müğənnilərin ansamblında daha az sayda belə alətlərin olmasına gətirib çıxarır. Təəssüf ki, ansamblllarda sayları azalan alətlər sırasında xalq çağlğı alətlərinin sayı üstünlük təşkil edir. Məsəəlyə münasibət bildirən əməkdar artist Baloğlan Əşrəfov Mövqe.az-a açıqlaamsında qeyd edir: "Bu gün müasir alətlərdən daha çox istifadə olunur. Bu fikirlə razıyam. Amma o alətlərin heç biri bizim tarın, kamanın səsini, özəlliyini, gözəlliyini, kövrəkliyini əvəz etmir. Bu gün müasir texnikada elə imkanlar var ki, onlar tarı, kamaının səsini oxşar tərzdə çıxara bilər. Məsələn, konsert verilən zaman müğənnilər, içi mən qarışıq 5 tar çalan gətirib, vəsait sərf etməkdənsə elə müasir texnikaya üstünlük verirlər. Ancaq mən düşünmürəm ki, müasir texnika və ya alətlər bizim tarı, kamanı unutdura bilər. Əsla! Unudulan olsaydı, indiyə kimi unudulardı. Əgər bu baş verməyibsə, əgər bu gün də Alim Qasımov bütün dünyanı bizim muğamımızla, milli alətlərimizlə gəzirsə, bizim tar-kamanımız əcnəbiləri də riqqətə gətirirsə, biz o zaman deyə bilmərik ki, bizim alətlərimiz və ya musiqimiz unudulub. Bu gün Azərbaycan dilini bilməyən insanlar belə bizim musiqini dinləyir, sevir. Azərbaycan xalqının tarı, kamanı, udu, balabanı bütün dünyaya səs salıb".

Əməkdar artist Bəsti Sevdiyeva isə bildirir: "Muğamda belə hallar əsla ola bilməz. Mahnı janrında ifa edənlər barədə heç nə deyə bilmərəm. Amma bizim tar, kaman, ud, balaban, qara zurna bu gün gündəmdə olan musiqi alətləridir. Sadəcə başqa janrda ifa edənlər daha bu alətlərə müraciət etmirlər. Ancaq muğamda, xalq mahnılarıda heç vaxt ola bilməz ki, bizim xalq çalğı alətlərindən istifadə olunmasın. Bir-iki müğənninin tardan, kamandan, ümumiyyətlə, milli xalq çalğı alətlərindən istifadə etməməsi heç vaxt ola bilməz ki, bizim o cür alətləri unutdursun, yaddan çıxartsın. Heç bir müasir texnika o alətləri yaddan çıxarda və ya əvəzləyə bilməz. Bizim o alətlər sırf elə muğam üçün yaranıb. Mən muğamı əlimdə qavalla, yanımda gitara ilə oxuya bilərəm?! Heç vaxt. Onu məncə, bayağı, heç kimə lazım olmayan ifaçılar ifa edə bilərlər. Fikrimi hamıya aid etmirəm. Amma bu gün sənətə gələnlərin əksəriyyəti toylara görə gəlir. Bizim kimi cırmaq-cırmaqla gəlməyib. Biz muğam ifaçıları ölməmişik. Nə qədər canımız sağdır, xalq çalğı alətlərimizi də yaşadacağıq. Bizim davamçılarımız, muğam sənətinə gələnlər də çox layiqli gənclərdir. Deyərdim ki, muğamımız bundan sonra da etibarlı əllərdədir. Nə qədər muğamımız var, musiqi alətlərimiz də var olacaq!".