Türkiyənin tanınmış modelyeri vəfat etdi

27 Aprel 2020 18:29 (UTC+04:00)

Türkiyənin tanınmış modelyeri Nur Yerlitaş 65 yaşında vəfat edib.

“Report” “CNN Turk”ə istinadən xəbər verir ki, modelyer 2019-cu ildə baş beyin nahiyəsindən cərrahiyyə əməliyyatı olunub. Ancaq bundan sonra da səhhətində narahatlıq davam edib.

N.Yerlitaş əməliyyatdan sonra hər gün kimyaterapiya müalicəsi alırmış. Müalicənin əhəmiyyəti olmayıb. O, müalicə olunduğu xəstəxanada vəfat edib.

Qeyd edək ki, N.Yerlitaş 1955-ci il avqustun 11-də İstanbulda anadan olub. O, Türkiyə telekanallarında “Bak Kim Dans Ediyor” (2007), “Yemekteyiz” (2010), “Bu gün Ne Giysem” (2011), “Bu Tarz Benim” (2014), “İşte Benim Stilim” (2015-2017) kimi proqramlarda münsiflərdən biri olub.