Təhsil naziri repeditor xidmətinin bərpasından danışdı

27 Aprel 2020 17:51 (UTC+04:00)

"Repititor fəaliyyəti ilə bağlı qəbul edilən qərara əsasən bu həftədən etibarən onların işləməyinə icazə veriləcək. Bu iş də sanitar təhlükəsizlik qaydalarına əməl edilməklə həyata keçirilə bilər".

Mövqe.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bununla bağlı aidiyyəti qurumlar tərəfindən təqdimatlar hazırlanır və yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva isə növbəsində onlayn tədrisin təşkilinə önəm verilməsini tövsiyə edib: "Əminəm ki, müəllimlər hazırlıqlarda da online şəkildə keçirilməsinə üstünlük verəcəklər".