Bakı və Ankaradan Kiyevdə İrəvana sərt zərbə

28 Aprel 2020 08:32 (UTC+04:00)

 

Ukraynada "erməni genosidi" kimi saxta ifadənin rəsmilərin lüğət tərkibindən çıxarılması Ermənistanı və onun sakinlərini cinləndirib. Artıq mətbuatda Ukraynanın və onun dövlət strukturlarının ünvanına ardı-arası kəsilməyən təhdidlər səsləndirilir. Siyasətə qoşulan və ya qoşulmaq istəyən psevdovətənpərvərlər hərəkətə keçmək vaxtının çatdığını uca səslə bəyan edirlər. Onlar İrəvandakı Ukrayna səfirini çağırıb hər şeyi ona ermənisayaq izah etməyi hökumətdən tələb edirlər. Amma bu, hələ işin yarısıdır. Bu günlərdə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Ukrayna Baş Nazirinin müavini vəzifəsinə namizəd göstərilməsi ermənilərin "başlarına qaynar su kimi tökülüb".

Məsələ burasındadır ki, rüşvətxorluğa qarşı səmərəli mübarizə aparmağı bacaran Saakaşvili ölkəsindəki erməni toplumunun korrupsiya əməllərinin qarşısını almaqda ciddi işlər görmüşdü. Elə o vaxtdan erməni mafiyası M.Saakaşvilini özlərinin düşməni elan etmişdilər. Amma bundan da dəhşətlisi Gürcüstanın Axalkalaki bölgəsində yaşayan ermənilərin separatçı fəaliyyətlərinə vurulan zərbə idi. Bədnam "ermənilik" nəzəriyyəsinin tərəfdarları yaşadıqları bölgəni Cavaxatiya adlandırır və digər ölkələrdə olduğu kimi Gürcüstanda da bu bölgənin "qədim Ermənistan" ərazisi olduğunu iddi edirlər. Saakaşvili isə onları separatçı adlandıraraq ifşa etmişdi. İndi köhnə söhbətlər şəraitə görə aktuallaşıb. Belə ki, Saakaşvili hələ Ukraynanın Odessa şəhərinin meri olanda Ukrayna Daxili İşlər naziri, milliyyətcə erməni olan Arsen Avakovla "kəllə-kəlləyə" gəlmişdi. Və sonralar Mixalin Ukrayna vətəndaşlığından çıxarılaraq ölkədən deportasiya olunmasında Avakovun müstəsna xidmətləri olmuşdu. Ancaq Saakaşvili də çətin sınan qoz deyil və o, geri qayıdaraq vətəndaşlığını bərpa etməyi bacarib. İndi o, baş nazirin müavini olacağı təqdirdə, təbii ki, Arsen kreslosunda rahat otura bilməyəcək. Bu isə Ukraynada erməni maraqlarının səngiməsinə səbəb olacaq.

Məlumdur ki, ermənilər tarixdə türklərin, azərbaycanlıların bir neçə dəfə kütləvi şəkildə qanını töküb, yəni, soyqırımı törədib. Buna görə də yaxşı bilirlər ki, bu qəddarlıq heç vaxt unudulmayacaq.

Elə "erməni genosidi" məsələsinin bir səbəbi də buradan irəli gəlir ki, ermənilər öz əməllərini ört-basdır etməklə yanaşı, Türkiyəni böhtan yolu ilə onlara təzminat ödətdirsinlər. İndi Ukraynada baş verənlərin də Türkiyə-Azərbaycan-Ukrayna əməkdaşlığının bəhrəsi adlandırırlar. İrəvanlı politoloqlar düşünürlər ki, türklərin və azərbaycanlıların apardıqları təbliğat sayəsində ukraynalılar onlarla yola getmirlər. Amma başa düşə bilmirlər ki, Ukrayna cırtdan Ermənistanla müqayisədə böyük və müstəqil dövlətdir. Onun digər ölkələrlə dostluq münasibətləri və əməkdaşlığı həqiqətin etirafına təsir edə bilməz.

Buna baxmayaraq, ermənilər Ukrayna dövlətinin daxili işinə qarışmağı düşünürlər. Bunun  üçün Ermənistan hökumətinə və Ukraynadakı erməni diasporuna müraciət ünvanlayaraq hərəkətə keçməyə təhrik edirlər. Qraçya Qalustyan adlı erməni yazar "armenianreport.am" saytında dərc etdirdiyi məqaləsində bu fikirləri ümumiləşdirərək yazır: "Aydındır ki, vəziyyət ölkəmizin rəhbərliyinin şəxsi müdaxiləsini tələb edir. Xalçaya Ukraynanın Ermənistandakı səfirini çağırmağın vaxtı gəlib. Ona izah edilməlidir ki, karantin öz yerində, amma bütün bu qopak dayanmasa, Kiyevə qayıtmalı olacaq. Həm də ölkəmizin xarici işlər naziri çoxdan ukraynalı həmkarına zəng etməli idi. Əlbəttə ki, Zelenskiyə Nikol Paşinyan zəng vurmalı idi. Daha indi də olmasa, başqa nə vaxt zəng edilməlidir?!".

Qalustyan deyir ki, ölkəsinin rəhbərliyi, Ukraynadakı nüfuzlu erməni diasporu Arsen Avakovu müdafiə etməyə borcludur: "Xalqımızın və ölkəmizin öz milli və dövlət maraqları var. Onlara Vladimir Zelenski və onun "xidmətçilərini" xatırlatmağın vaxtı çatıb. Bu işdə gecikmək olmaz.  Çünki Türkiyə və Azərbaycan artıq Ukraynanın bütün bölgələrində anti-erməni təbliğatını aparmaq üçün bütün  gücləri ilə işləyirlər".

Aprelin 30-da Saakaşvilinin baş nazirin müavini postuna təıyin edilib-edilməməsi məlum olacaq. Ermənilər bu günü təşviş və həyəcanla gözləyirlər. Çox güman ki, Saakaşvili istəyinə çatacaq və bundan sonra mafioz Arsen Avakovun işləri xeyli çətinləşəcək. Hələ onun nazir vəzifəsində qalması da şübhəlidir. Amma bir şey məlumdur ki, ermənilərin dəbdə olduqları dövr artıq keçib gedib. Onların tərəfini yersiz saxlayan dövlətlərin də "erməni genosidi"nə siyasi maraqları get-gedə azalacaq və tarixin görünməz guşəsinə atılacaq.

N.NOVRUZ