ABŞ-da prezident seçkiləri təxirə salınmayacaq

28 Aprel 2020 09:50 (UTC+04:00)
ABŞ prezidenti Donald Tramp prezident seçkilərinin təxirə salınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Ağ Ev lideri keçirdiyi brifinqdə seçkilərin təxirə salınmayacağını deyib. "Seçki tarixinin dəyişdirilməsini heç düşünməmişdim. Bunu niyə etməliyəm? 3 noyabr, çox yaxşı tarixdir. Bu, onun (Demokratlar Partiyasından prezidentliyə mümkün namizəd Co Bayden - Red) deyil, qısa ifadələr yazan insanlar tərəfindən hazırlanan təxribatdır". Qeyd edək ki, Co Bayden Donald Trampın koronavirusa görə ABŞ-da prezident seçkilərini təxirə sala biləcəyini bildirmişdi.