42 mindən çox hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

28 Aprel 2020 11:00 (UTC+04:00)
Son 27 gün ərzində ölkədə inzibati məsuliyyətə cəlb edilən hərəkət iştirakçılarının sayı açıqlanıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 42 371 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.