"Windows Phone" istifadəçilərinə şad xəbər

12 İyul 2013 17:09 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, 6 saniyəlik videolar çəkərək sosial mediada paylaşmağınıza imkan verən "Vine"a "Windows Phone" istifadəçiləri də qovuşur. Edilən şərhə görə Windows əməliyyat sistemiylə çalışan Nokia Lumia modellərinin istifadəçiləri ilin sonunda Vine ilə görüşəcək. Tətbiqlərin Android və iOS əməliyyat sistemlərindən fərqi isə cihazların kamerası ilə tamamilə inteqrasiya təmin edəcək olmasıdır. Android və iOS versiyalarındakı tətbiqlər cihazın bütün kamera funksiyalarını istifadə etmir. Vine ilə birlikdə Flipboard və Path kimi digər məşhur tətbiqlərin də  tezliklə "Windows phone"lara gələcəyi deyilib.